Hogwarts Legacy

Hogwarts Legacy Steam Oyunu

Hogwarts Legacy Steam Oyunu

Stok 10 Oyna Qazan boost 200 GP

2.99 AZN

Məhsul Açıqlaması

Hogwarts Legacy Harri Potter dünyasında, 1800-cü illərdə keçən açıq dünya RPG oyunudur. Hoqvarts məktəbinin tələbəsi kimi sehr öyrənir, iksirlər hazırlayır, sehirli heyvanlara qulluq edir və süpürgə ilə uçursunuz. Hoqvarts qalası, Hoqsmid kəndi və ətraf ərazilər ətraflı şəkildə yaradılıb, hekayə isə öz qərarlarınızla irəliləyir.

Offline rejimdə oynanılır. Oyun tam tək oyunçuludur və internetsiz oynanılır.

Goafaz-da Hogwarts Legacy Steam hesabını 1 aylıq ucuz qiymətə əldə edin.

  • Platforma: PC (Steam)
  • Janr: RPG, açıq dünya, fantastika, macəra
  • Rejim: Tək oyunçu (offline)

  1. “Satın al” düyməsinə basın.
  2. WhatsApp nömrənizi yazın və sifarişi tamamlayın.
  3. Sifarişdən sonra Steam hesabının login və şifrəsini WhatsApp-dan sizə göndəririk.
  4. Kompüterinizdə Steam-i açın və bu məlumatlarla daxil olun.
  5. Giriş zamanı Steam təsdiq kodu (Steam Guard) istəyəcək. Bizə WhatsApp-dan yazın, gələn kodu sizə deyirik.
  6. Oyunu kitabxanadan (Library) yükləyin.
  7. Yükləmə bitəndən sonra Steam-i offline rejimə keçirin: yuxarı sol küncdə Steam → “Go Offline” (Offline rejimə keç). Oyunu offline rejimdə oynayın.
  8. Hesab 1 ay ərzində sizin istifadənizdədir.

Vacib qaydalar:

  • Oyunu offline rejimdə oynayın. Bu, hesabın problemsiz işləməsi üçün vacibdir.
  • Hesabın şifrəsini, e-poçtunu və heç bir ayarını dəyişməyin.
  • Hesabdan alış etməyin və başqa oyun yükləməyin.
  • Hesab məlumatlarını başqası ilə paylaşmayın.
  • Bəzi oyunlar (məs. EA və Ubisoft oyunları) əlavə launcher hesabı istəyir. Bu halda lazım olan məlumatları da WhatsApp-da göndəririk.
  • Qaydalar pozularsa, hesaba giriş dayandırılır və ödəniş geri qaytarılmır.

 

Şərhlər

Məhsula Şərh Yazın..