İstədiyiniz Steam Oyunu 3 Manat

İstədiyin Steam Oyunu

İstədiyin Steam Oyunu

Stok 10 Oyna Qazan boost 200 GP

2.99 AZN

Məhsul Açıqlaması

İstədiyin Steam oyununu cəmi 3 manata 1 aylıq oyna! Goafaz-da yüzlərlə məşhur PC oyunundan istədiyini seçirsən, biz də sənə o oyunun olduğu Steam hesabını veririk. Oyunu tam qiymətə almadan aksiya, yarış, futbol, qorxu, açıq dünya və simulyator oyunlarını sərfəli qiymətə oynaya bilərsən.

Offline rejimdə oynanılır. Hesaba girib oyunu yüklədikdən sonra internetsiz oynayırsan. Tək oyunçu hekayə rejimləri tam işləyir.

Sifariş zamanı istədiyin oyunun adını yaz. Oyun stokda varsa, hesabı dərhal WhatsApp-dan göndəririk. Yoxdursa, səninlə əlaqə saxlayıb başqa oyun təklif edirik.

  • Platforma: PC (Steam)
  • Müddət: 1 ay
  • Rejim: Tək oyunçu (offline)

 


Necə istifadə etmək olar?

  1. “Satın al” düyməsinə basın.
  2. WhatsApp nömrənizi və istədiyiniz oyunun adını yazın, sonra sifarişi tamamlayın.
  3. Oyunun stokda olub-olmadığını yoxlayırıq və Steam hesabının login və şifrəsini WhatsApp-dan göndəririk.
  4. Kompüterinizdə Steam-i açın və bu məlumatlarla daxil olun.
  5. Giriş zamanı Steam təsdiq kodu (Steam Guard) istəyəcək. Bizə WhatsApp-dan yazın, gələn kodu sizə deyirik.
  6. Oyunu kitabxanadan (Library) yükləyin.
  7. Yükləmə bitəndən sonra Steam-i offline rejimə keçirin: yuxarı sol küncdə Steam → “Go Offline” (Offline rejimə keç). Oyunu offline rejimdə oynayın.
  8. Hesab 1 ay ərzində sizin istifadənizdədir.

Vacib qaydalar:

  • Oyunu offline rejimdə oynayın. Bu, hesabın problemsiz işləməsi üçün vacibdir.
  • Hesabın şifrəsini, e-poçtunu və heç bir ayarını dəyişməyin.
  • Hesabdan alış etməyin və başqa oyun yükləməyin.
  • Hesab məlumatlarını başqası ilə paylaşmayın.
  • Bəzi oyunlar (məs. EA və Ubisoft oyunları) əlavə launcher hesabı istəyir. Bu halda lazım olan məlumatları da WhatsApp-da göndəririk.
  • Qaydalar pozularsa, hesaba giriş dayandırılır və ödəniş geri qaytarılmır.

 

Şərhlər

Məhsula Şərh Yazın..